Özbəkistan və Yaponiya yeni layihələrə start verib
Özbəkistan hökuməti Yaponiya ilə yeni birgə layihələrin həyata keçiriləcəyini açıqlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər Özbəkistan ərazisində iki günəş elektrik stansiyasının tikintisini, ölkənin İT-infrastrukturunun modernləşdirilməsini, çoxprofilli tibbi mərkəzin yaradılmasını, eləcə də kritik əhəmiyyətli minerallar üzrə yeni yataqların mənimsənilməsini nəzərdə tutan layihələr üzərində əməkdaşlıq edəcək.
Pərvin Hacıyeva
16:29 20.12.2025
Oxunuş sayı: 1360