Fransa və Rusiya kəşfiyyat rəhbərləri arasında 3 saatlıq telefon danışığı olub
Fransa Xarici Kəşfiyyat Agentliyinin (DGSE) direktor səlahiyyətlərini icra edən Nikolas Lerner Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narişkinlə telefon danışığı aparıb.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, telefon danışığı təxminən 3 saat davam edib.
Bildirilir ki, Sergey Narişkin faktiki olaraq Qərb ölkələri ilə Rusiya arasında əsas əlaqə kanallarından birinə çevrilib.
Danışıqlar zamanı tərəflər ABŞ prezidenti Donald Trampın irəli sürdüyü sülh planını, Ukrayna üçün təhlükəsizlik zəmanətlərini, eləcə də mövcud vəziyyətdə eskalasiyadan yayınma yollarını müzakirə ediblər.
Rəsmi qurumlar görüşün detalları ilə bağlı əlavə açıqlama verməyiblər.
15:10 20.12.2025
Oxunuş sayı: 1036