Britaniya Ukraynaya dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadədən imtina edib
Britaniya hökuməti Avropa Birliyinin oxşar təklifinin uğursuzluğa düçar olmasından sonra Ukraynaya yardım məqsədilə Britaniya banklarında dondurulmuş təxminən 8 milyard funt sterlinq dəyərində Rusiya aktivlərindən istifadə etmək niyyətindən geri çəkilib.
Crossmedia.az xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən Financial Times məlumat yayıb.
Bildirilib ki, London Kiyevə yardım üçün dondurulmuş Rusiya aktivlərindən təkbaşına istifadə etməyəcək. Britaniya bu addımı yalnız Avstraliya, Kanada və Avropa İttifaqı ilə birgə, koordinasiyalı şəkildə atmağa hazır olduğunu vurğulayıb.
Qeyd olunur ki, məsələ beynəlxalq hüquqi risklər və müttəfiqlər arasında vahid mövqenin olmaması fonunda gündəmdən çıxarılıb.
14:59 20.12.2025
Oxunuş sayı: 1141