Ukrayna və Moldova Odessa istiqamətində alternativ yollar hazırlayır
Ukrayna və Moldova Rusiyanın Odessa vilayətinin Mayakov ərazisində yerləşən körpüyə endirdiyi zərbədən sonra alternativ marşrutların hazırlanmasına başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin yenidənqurma üzrə müavini Aleksandr Kuleba məlumat verib.
Onun sözlərinə görə, bütün sərnişin, yük və tranzit axınları yolların təhlükəsizliyi və buraxılış qabiliyyəti nəzərə alınmaqla yeni istiqamətlərə yönləndirilir. Paralel olaraq Cənubi Ukraynanın logistikasının dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə görülən tədbirlər Moldova tərəfi ilə sıx koordinasiya olunur.
Kuleba bildirib ki, Rusiya bu zərbələrlə Odessanı Ukraynanın qərb bölgələri ilə olan logistik əlaqələrdən təcrid etməyə çalışır.
14:45 20.12.2025
Oxunuş sayı: 1153