Atəşkəs dövründə 400-dən çox fələstinli öldürülüb – səfir
İsraillə atəşkəs elan edildikdən sonra 400-dən çox fələstinli həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofal TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, atəşkəs və müvəqqəti razılaşma olmasına rəğmən, İsrail tərəfi rejimi pozmaqda davam edir. Nəticədə ölənlərin sayı 400-dən çoxdur, yaralıların sayı isə bunun təxminən iki qatıdır.
Səfir qeyd edib ki, itkilərin əsas səbəbi İsrailin atəşkəsi pozması və humanitar yardımların bölgəyə yalnız “minimum həcmdə” buraxılmasıdır.
Fatimə Məmmədova
14:18 20.12.2025
Oxunuş sayı: 1257