Aselsan Polşa ilə 410 milyon dollarlıq müqavilə imzalayıb
Türkiyənin müdafiə sənayesi şirkəti Aselsan Polşa ilə radioelektron mübarizə sistemlərinin tədarükünü nəzərdə tutan, ümumi dəyəri 410 milyon dollar olan müqavilə bağlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, saziş Türkiyə ilə Polşa arasında müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmlənməsini əks etdirir. Eyni zamanda, bu müqavilə Aselsan şirkətinin beynəlxalq bazarlarda ixrac potensialının genişlənməsinə töhfə verir.
Qeyd olunur ki, razılaşma iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Nigar Yahyazadə
14:13 20.12.2025
Oxunuş sayı: 1147