ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə bəzi materialları açıqladı
Pedofil Ceffri Epşteynin işi ilə bağlı materialların bir hissəsi ictimaiyyətə təqdim edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, sənədlərin böyük həcmi səbəbindən açıqlanan materiallar arasında təsadüfən ictimai olmayan şəxsi məlumatlar və ya məxfi, o cümlədən seksual xarakterli məzmun yer ala bilər.
Açıqlanan sənədlər sırasında ABŞ-ın keçmiş prezidenti Bill Klintonun çoxsaylı fotoları da mövcuddur. Bundan əvvəl internetdə Epşteyn işi çərçivəsində aparılmış yazışmaların görüntüləri yayılmışdı. Həmin yazışmalarda Epşteynin qardaşının Ağ Evin keçmiş baş strateqindən Rusiya prezidenti Vladimir Putində Donald Trampla bağlı kompromat xarakterli fotoların olub-olmadığını soruşduğu iddia olunur. Media qeyd edir ki, yazışmada çəkilən “Bubba” ləqəbi Bill Klintona aid ola bilər, lakin bu ifadənin zarafat məqsədilə işlədildiyi ehtimalı da istisna edilmir.
Yeni açıqlanan fotolarda Maykl Cekson, Mik Cagger və Ceffri Epşteynin özü də yer alır. Bundan başqa, Epşteynə məxsus bəzi şəxsi əşyaların, o cümlədən İsrail Ordusuna aid qalın köynəyin şəkilləri də dərc olunub.
14:03 20.12.2025
Oxunuş sayı: 1237