“Mərkəzi Asiya–Yaponiya” sammiti keçirilib
Tokioda “Mərkəzi Asiya–Yaponiya” formatında ilk sammit keçirilib. Sammitdə Yaponiya Baş naziri ilə yanaşı Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri iştirak ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüşün yekununda əməkdaşlığın üç əsas istiqamətini əhatə edən Tokio Bəyannaməsi qəbul olunub. Sənəddə logistikanın optimallaşdırılması, karbon emissiyalarının azaldılması və insan resurslarının inkişafı prioritet sahələr kimi müəyyən edilib.
Yaponiya mediası bildirir ki, Tokio Çin və Rusiya ilə həmsərhəd olan beş Mərkəzi Asiya ölkəsi ilə münasibətləri dərinləşdirməyə çalışır və regionu mühüm geosiyasi məkan kimi dəyərləndirir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sözlərinə görə, sammit çərçivəsində Qazaxıstan və Yaponiya arasında ümumi dəyəri 3,7 milyard dolları ötən 60-dan çox ikitərəfli sənəd imzalanıb.
Günel Verdiyeva
14:30 20.12.2025
Oxunuş sayı: 1174