Rusiya bir sıra Avropa ölkələri ilə hərbi sazişləri ləğv edir
Rusiya hökuməti Müdafiə Nazirliyinə Almaniya, Polşa, Norveç, Bolqarıstan, Rumıniya, Danimarka, Böyük Britaniya və Şimali İrlandiya, Niderland, Xorvatiya, Belçika və Çexiya ilə imzalanmış bir neçə hərbi sazişin qüvvədən salınmasına icazə verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, sözügedən sənədlər 1992-2002-ci illər arasında imzalanıb və əsasən hərbi əməkdaşlıq, qarşılıqlı etimadın möhkəmləndirilməsi və müdafiə sahəsində əlaqələrin tənzimlənməsini əhatə edib.
Qərar Rusiyanın Qərb ölkələri ilə münasibətlərində davam edən gərginlik fonunda qəbul olunub. Rəsmi Moskva bu addımın mövcud geosiyasi reallıqlarla bağlı olduğunu bildirir.
Sevinc Yarməmmədova
13:30 20.12.2025
Oxunuş sayı: 1149