İran nüvə obyektlərinə görə beynəlxalq təzyiq altındadır
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə obyektlərinə çıxışın təmin olunmasında israr edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə görə, İran güclü elmi-tədqiqat bazasına malik inkişaf etmiş nüvə proqramı həyata keçirir və ölkə ərazisində çoxsaylı nüvə obyektləri mövcuddur.
R.Qrossi əlavə edib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və hərtərəfli təminatlar sazişinə əsasən, İran bütün nüvə obyektlərinə MAQATE nümayəndələrinin çıxışını təmin etməyə borcludur.
12:50 20.12.2025
Oxunuş sayı: 1274