Honq-Konq qripi mövsümi xəstəlik hesab olunur
Honq-Konq qripi (A/H3N2) hazırda mövsümi xəstəlik kateqoriyasına daxildir və peyvənd olunmuş şəxslər üçün təhlükə yaratmır.
Bu barədə Crossmedia.az infeksionist Yuliya Minakovanın TASS-a verdiyi açıqlamasına istinadən xəbər verir.
Onun sözlərinə görə, A/H3N2 ştammı artıq “mövsümi qriplər” qrupuna keçib və bu il tətbiq olunan peyvəndlərin tərkibinə daxil edilib. Virus əsasən ilk dəfə yoluxanlar, azyaşlı uşaqlar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər üçün risk yarada bilər. Lakin xəstəliyin erkən mərhələdə aşkarlanması və vaxtında tibbi yardım göstərilməsi ilə effektiv müalicə mümkündür.
Qeyd edək ki, daha əvvəl rusiyalı infeksionist, tibb elmləri doktoru və virusoloq Yelena Malinnikova TASS-a açıqlamasında növbəti pandemiyanın Honq-Konq qripi ilə əlaqəli ola biləcəyini istisna etmədiyini bildirib.
Türkanə Məşədiyeva
13:15 20.12.2025
Oxunuş sayı: 1156