ABŞ qoşunları Suriyada İŞİD-ə məxsus 70-dən çox hədəfi vurub
ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasına məxsus 70-dən çox obyektə hava zərbələri endirib. Hücumların məqsədi terrorçuların mövqelərini zəiflətmək və onların fəaliyyət imkanlarını məhdudlaşdırmaq olub.
Crossmedia.az bildirir ki, əməliyyat çərçivəsində silah anbarları, qərargahlar və döyüş mövqeləri hədəfə alınıb. Zərbələr bölgədə təhlükəsizliyin təmin olunmasına və terror təhlükəsinin azaldılmasına yönəlib.
13:10 20.12.2025
Oxunuş sayı: 1205