Ukrayna ilk dəfə Aralıq dənizində Rusiyanın “kölgə donanması”na məxsus neft tankerinə hücum edib
Ukrayna ilk dəfə Rusiyanın “kölgə donanması”na aid neft tankerini Aralıq dənizində pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hədəfə alıb. İlkin məlumatlara görə, hücumda istifadə olunan dronlar ekipajsız katerdən, hər hansı bir gəmindən və ya Kiyevə müttəfiq olan ölkənin ərazisindən buraxıla bilər.
Crossmedia.az bildirir ki, yayılan videogörüntülərə əsasən, hücum zamanı pilotsuz uçuş aparatlarından partlayıcı qurğuların atılması üsulundan istifadə olunub. Hadisə ilə bağlı rəsmi qurumlar hələlik əlavə açıqlama verməyib.
13:07 20.12.2025
Oxunuş sayı: 1171