Makron: Avropa gec-tez Vladimir Putinlə dialoqa qayıtmalı olacaq
Fransa Prezidenti Emmanuel Makron Avropanın müəyyən mərhələdə Rusiya Prezidenti Vladimir Putinlə dialoqu bərpa etməsinin qaçılmaz olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Makronun sözlərinə görə, hazırkı gərgin siyasi və hərbi şəraitdə bu məsələ aktual görünməsə də, vaxtı çatdıqda dialoq praktik və məqsədəuyğun alətə çevriləcək. O vurğulayıb ki, uzunmüddətli təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün diplomatik kanallar tamamilə bağlanmamalıdır.
Fransa lideri qeyd edib ki, Avropa qitəsində dayanıqlı sülhün təmin olunması yalnız hərbi və iqtisadi təzyiqlərlə məhdudlaşa bilməz və gələcəkdə siyasi danışıqlar zəruri olacaq.
Makronun bu açıqlaması Avropa İttifaqında Rusiya ilə münasibətlərin perspektivi və Ukrayna müharibəsinin mümkün diplomatik həlli ətrafında gedən müzakirələr fonunda səsləndirilib.
Sevinc Yarməmmədova
11:24 19.12.2025
Oxunuş sayı: 1307