Kremlin ideoloqu Duqin “uzun və ciddi müharibəyə” hazırlaşmağa çağırıb
Kremlin ideoloqu kimi tanınan filosof Aleksandr Duqin uzunmüddətli və genişmiqyaslı müharibəyə hazırlaşmağın zəruri olduğunu bildirib. Onun sözlərinə görə, “yarımçıq qalmış müharibə” qaçılmaz olaraq qarşıdurmanın davamına gətirib çıxaracaq və Rusiyanın mövqelərinin zəifləməsi əks prosesləri işə sala bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Duqin Avropa İttifaqının 2030-cu illərə doğru Rusiya ilə mümkün tammiqyaslı müharibəyə hazırlaşdığını iddia edib. O qeyd edib ki, Ukraynadakı müharibənin nəticələri gələcək dünya nizamını müəyyən edəcək.
“Ukrayna böhranının qlobal nəticələri” adlı forsayt-forumda çıxış edən Duqin bildirib ki, söhbət birqütblü dünya sisteminə qarşı mübarizədən və konturları hələ tam formalaşmayan çoxqütblü sistemin qurulmasından gedir. Onun sözlərinə görə, qələbə Rusiyanın suverenliyini möhkəmləndirməyin və onu “geri dönməz” etməyin yeganə yoludur.
Türkan Kərimli
11:00 19.12.2025
Oxunuş sayı: 1182