Sabiq prezident müharibəyə təhrik etməyə cəhd göstərib
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun Şimali Koreyanı müharibəyə təhrik etməyə çalışdığı iddia olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Yun Sok Yolun məqsədi 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyətin elanını əsaslandırmaq olub.
Məlumata görə, prokurorlar Yun Sok Yol və aralarında keçmiş nazirlər kabinetinin üzvləri də olmaqla 23 nəfərə qarşı qiyam ittihamı irəli sürüblər. İddia olunur ki, həmin şəxslər parlamentin fəaliyyətini dayandırmaq və siyasi rəqibləri neytrallaşdırmaq məqsədi daşıyan uzunmüddətli planın icrasında iştirak ediblər.
Nigar Yahyazadə
10:40 19.12.2025
Oxunuş sayı: 1175