Dondurulmuş Rusiya aktivlərinin açılması üçün yeni mexanizm müəyyənləşdirilib
Avropa İttifaqında dondurulmuş Rusiyaya məxsus suveren aktivlərin blokdan çıxarılması artıq yalnız Aİ ölkələrinin ixtisaslı səs çoxluğu ilə mümkün olacaq. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Crossmedia.az onun sözlərinə görə, əvvəlki qaydalara əsasən, Aİ-də Rusiyanın aktivləri üzv ölkələrdən hər hansı biri dondurulma qərarının uzadılmasına qarşı çıxacağı təqdirdə açıq qala bilərdi. Yeni mexanizmə görə isə Rusiya aktivləri Rusiya reparasiyaları ödəyənədək dondurulmuş vəziyyətdə qalacaq.
“İndi bu aktivlərin blokdan çıxarılması yalnız Aİ ölkələrinin ixtisaslı səs çoxluğunun qərarı ilə mümkündür”, - deyə fon der Leyen vurğulayıb.
Qeyd edək ki, Aİ-də ixtisaslı səs çoxluğu dedikdə, 27 üzv dövlətdən ən azı 16-sının (təxminən 60%) və bu ölkələrin Aİ əhalisinin 55 faizindən çoxunu təmsil etməsi nəzərdə tutulur.
Sevinc Yarməmmədova
10:23 19.12.2025
Oxunuş sayı: 1240