Ramşteyn-17: 15 ölkə Ukraynaya yeni hərbi yardım vədləri verdi
Ramşteyn formatının 17-ci görüşündə 15 ölkə Ukraynaya hərbi dəstəyini təsdiqləyib və yeni yardım paketləri açıqlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istunadən xəbər verir.
Məlumata görə, yardımlar əsasən hava hücumundan müdafiə, dronlar və artilleriyanı əhatə edir.
Almaniya HHM sistemləri, dronlar və artilleriya üçün 11,5 mlrd avro ayıracağını bildirib. Böyük Britaniya hava hücumundan müdafiəsinə 600 mln funt sterlinq vəsait ayıracaq. Niderland 700 mln avro, Norveç isə təxminən 7 mlrd dollar həcmində hərbi yardım vəd edib.
Danimarka 250 mln avroluq paket təqdim edəcək. Kanada 30 mln Kanada dolları, Litva 220 mln avrodan çox, Latviya 110 mln avro, Estoniya 142 mln avro yardım ayıracaq. Lüksemburq 100 mln avro birbaşa yardım göstərəcək. Portuqaliya 10 mln avro ayıracaq. Polşa artilleriya mərmiləri, Çexiya isə 760 min mərminin maliyyələşdirilməsini üzərinə götürüb. Monteneqro və Yeni Zelandiya PURL-ə töhfə verəcək.
Nəzrin Abbas
09:50 19.12.2025
Oxunuş sayı: 1074