ABŞ Prezidenti 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb
ABŞ Prezidenti 2026-cı maliyyə ili üçün nəzərdə tutulan 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib. Sənəd ABŞ ordusunun maliyyələşdirilməsi və təhlükəsizlik siyasətinin icrası baxımından mühüm əhəmiyyət daşıyır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, büdcə çərçivəsində silahlı qüvvələrin modernləşdirilməsi, hərbi texnologiyaların inkişafı və şəxsi heyətin təminatı əsas prioritetlər kimi müəyyən edilib.
Prezident qeyd edib ki, qəbul olunan büdcə ABŞ-nin milli təhlükəsizliyinin gücləndirilməsinə və qlobal çağırışlara vaxtında cavab verilməsinə xidmət edəcək.
Türkan Kərimli
09:44 19.12.2025
Oxunuş sayı: 1004