Dmitri Kozak Ukraynanın kapitulyasiyasını tələb etməkdən imtina edib
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığı ikinci gün Rusiya Prezident Administrasiyasının keçmiş rəhbər müavini Dmitri Kozak Vladimir Putinin Kiyevdən kapitulyasiya tələb etmək tapşırığını yerinə yetirməkdən imtina edib.
Crossmedia.az bu barədə The New York Times qəzetinə istinadən xəbər verir. Məlumata görə, Kozak müharibənin məqsədlərini anlamadığını bildirib və sərt söhbət zamanı Putinə əmri yerinə yetirmədiyinə görə həbs olunmağa və ya güllələnməyə hazır olduğunu deyib. Nəşrin yazdığına görə, danışıq səsgücləndirici vasitəsilə aparılıb və Prezident Administrasiyasının yüksək vəzifəli əməkdaşları tərəfindən eşidilib.
Buna baxmayaraq, Kozak sonradan Ukrayna tərəfinə kapitulyasiya tələblərini çatdırıb. Artıq ertəsi gün Ukrayna ilə danışıqların aparılması Vladimir Medinskiyə tapşırılıb.
Sevinc Yarməmmədova
00:01 19.12.2025
Oxunuş sayı: 1021