ABŞ Senatı İran təhdidlərini əhatə edən qanunu qəbul edib
ABŞ Senatı dünən İran və digər təhdidləri əhatə edən “2026-cı il İnformasiya Səlahiyyəti Qanunu”nu qəbul edərək prezident Donald Trampın imzası üçün Ağ Evə göndərib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Respublikaçı senator Tom Kotton qanunun ikipartiyalı dəstək aldığını və ABŞ kəşfiyyat icmasında “zəruri islahatlar” aparmağı, həmçinin ölkənin İslam Respublikası və Çin kimi rəqiblərdən qorunması üçün resursların gücləndirilməsini nəzərdə tutduğunu bildirib.
Məlumata görə, sənəd İranın uranın zənginləşdirilməsi fəaliyyəti ilə bağlı Konqresə məlumatlandırmanı artırmaq, həmçinin uranın mümkün silahlaşdırılması barədə qərarlar barədə vaxtında və şəffaf məlumat təmin etmək öhdəliyini ehtiva edir.
Eyni zamanda, qanun İran tərəfindən ABŞ vətəndaşlarına yönələn ölümcül təhdidlər barədə bütün kəşfiyyat qurumlarının Federal Təhqiqat Bürosuna və potensial hədəflərin qorunmasına cavabdeh qurumlara məlumat ötürməsini tələb edir.
Türkan Kərimli
22:14 18.12.2025
Oxunuş sayı: 1216