ABŞ Rusiyaya qarşı sanksiyaları qismən yumşaldıb
ABŞ administrasiyası Rusiyaya qarşı tətbiq edilən sanksiya siyasətində müəyyən dəyişiklik edib. Vaşinqtonun bu addımı beynəlxalq ictimaiyyətin diqqətini çəkib və sanksiya rejimində mümkün yumşalmalarla bağlı müzakirələrə səbəb olub.
Crossmedia.az ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) istinadən xəbər verir ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların əhatə dairəsindən yeddi hüquqi və iki fiziki şəxsi çıxarıb.
Belə dəyişikliklər adətən texniki xarakter daşısa da, bəzi hallarda diplomatik proseslərin və ya beynəlxalq danışıqların tərkib hissəsi ola bilər. Hazırda qərarın ABŞ-Rusiya münasibətlərinə, eləcə də qlobal iqtisadi və siyasi proseslərə necə təsir göstərəcəyi maraq doğurur
Zeynəb Xuduyeva
21:56 18.12.2025
Oxunuş sayı: 858