İstanbul hava limanlarında ornitoloqlar fəaliyyətə başlayıb
İstanbulun hava limanlarında uçuş təhlükəsizliyinin artırılması məqsədilə ornitoloqlar və bioloqlardan ibarət yeni sistem tətbiq olunmağa başlanıb. Layihə ekosistemə zərər vermədən uçuşların təhlükəsizliyinin təmin edilməsini hədəfləyir.
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
Mütəxəssislər hava limanlarının ərazisində və ətraf zonalarda yaşayan və köç edən quşları müşahidə edir, onların miqrasiya marşrutlarını və davranışlarını təhlil edirlər. Zərurət yarandıqda quşların uçuş-enmə zolaqlarına yaxınlaşmasının qarşısı alınır, həmçinin potensial risk yaradan ərazilər müəyyənləşdirilir.
Bildirək ki, layihə çərçivəsində ekoloji cəhətdən təhlükəsiz üsul və avadanlıqlardan istifadə olunur.
Fatimə Məmmədova
21:51 18.12.2025
Oxunuş sayı: 923