Hizbullah İranın maliyyə dəstəyi ilə qaçqınlar üçün yaşayış kompleksi inşa edib
Hizbullah İranın maliyyə dəstəyi ilə Livanın Hermel şəhərində livanlı və suriyalı qaçqınlar üçün yeni yaşayış kompleksi tikib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Bildirilib ki, yaşayış kompleksi Hermel şəhərinin şərq girişində, dövlət xəstəxanasının yaxınlığında yerləşir.
Məlumata görə, kompleks 228 yaşayış vahidi, ticarət obyektləri və təmir emalatxanalarını əhatə edir. Yaşayış sahəsi elektrik, su və sanitariya infrastrukturu ilə tam təmin olunub.
Qeyd olunur ki, hazırda kompleksdə təxminən 210 ailə məskunlaşıb. Onların böyük əksəriyyəti son bir il ərzində Suriyadan didərgin düşmüş suriyalı ələvilərdir.
Eyni zamanda “Yedioth Ahronoth” (Ynet) qəzeti yazıb ki, İsrail Litani çayının cənubunda Hizbullahı tərksilah etmək məqsədilə ilin sonuna qədər mümkün hərbi ssenarilərə hazırlaşır.
21:37 18.12.2025
Oxunuş sayı: 958