Britaniya parlamenti İranın Şotlandiya siyasətinə müdaxiləsini araşdırır
Britaniya Şotlandiyanın müstəqillik müzakirələrində İranın mümkün təsirini araşdırmaq üçün parlament səviyyəsində müstəqil istintaqa başlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaq Şotlandiyanın müstəqilliyini dəstəkləyən İranın kiber fəaliyyətlərinə aid robotların fəaliyyəti, siyasi partiyalara kriptovalyuta vasitəsilə maliyyələşdirmə iddiaları, eləcə də Çinin mümkün təsirini əhatə edəcək.
Məlumata görə, araşdırma eyni zamanda son illərdə İran hakimiyyətinin Şotlandiyanın konstitusiya məsələlərinə müdaxiləsini göstərən məlumatların qiymətləndirilməsini də nəzərdə tutur. Qeyd olunur ki, 12 günlük müharibə zamanı sosial mediada İran tərəfdarı olan 1300 saxta hesab müvəqqəti olaraq deaktiv edilsə də, sonradan yenidən aktivləşdirilib.
İstintaqın İsrailin Britaniyadakı təsirini əhatə edib-etməyəcəyi hələlik məlum deyil. Bildirilir ki, araşdırma təşəbbüsü Avropa Parlamentinin keçmiş britaniyalı üzvünün Rusiyadan rüşvət alaraq həbs olunmasından sonra gündəmə gəlib.
21:16 18.12.2025
Oxunuş sayı: 929