İran XİN: Qonşularımız bizim prioritetimizdir
İranın xarici işlər naziri Abbas Əraqçı Rusiyaya səfəri və rusiyalı həmkarı ilə keçirdiyi görüşlə bağlı açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Əraqçının sözlərinə görə, İran və Rusiya arasında imzalanmış Strateji Tərəfdaşlıq Müqaviləsinə əsasən, iki ölkənin Xarici İşlər nazirlikləri ikitərəfli əməkdaşlığın və koordinasiyanın daha yüksək səviyyəyə qaldırılması məqsədilə üç illik yol xəritəsi üzərində razılığa gəlib.
Nazir bildirib ki, Moskva və Tehran arasında daha sıx əməkdaşlıq Qərbin “qanunsuz” sanksiyalarına qarşı daha effektiv tədbirlərin görülməsinə, regional sabitliyin möhkəmləndirilməsinə, infrastruktur layihələrinin irəlilədilməsinə və BMT Təhlükəsizlik Şurasında qanunsuz addımların qarşısının alınmasına imkan yaradacaq.
Əraqçı vurğulayıb ki, İran xarici siyasətində qonşu ölkələrlə münasibətlərin inkişafı əsas prioritet olaraq qalır: “Qonşularımız bizim prioritetimizdir”, - deyə o qeyd edib.
Türkan Kərimli
20:46 18.12.2025
Oxunuş sayı: 964