Lavrov: Aİ-nin Ermənistanla bağlı açıqlamaları faktiki müdaxilənin etirafıdır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Rusiyadan qorunmaq məqsədilə Avropa İttifaqına (Aİ) müraciətini şərh edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın “Ermənistana xarici müdaxiləyə qarşı mübarizədə yardım” barədə bəyanatını Avropa İttifaqının faktiki olaraq müdaxiləni etiraf etməsi kimi dəyərləndirib.
Lavrov həmçinin bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) uzun illərdir siyasi təzyiq aləti kimi istifadə olunur. Onun sözlərinə görə, seçkilərlə bağlı qiymətləndirmələr əksər hallarda əvvəlcədən hazırlanır və geosiyasi maraqlara əsaslanır. Nazir vurğulayıb ki, Qərbə meyilli olmayan namizədlərin qələbələri tənqid edilir, Qərb üçün uyğun sayılan nəticələr isə “demokratiyanın qələbəsi” kimi təqdim olunur.
Pərvin Hacıyeva
20:23 18.12.2025
Oxunuş sayı: 961