Gürcüstan dizeli Ermənistana pulsuz göndərəcək
Gürcüstan hökumətinin qərarına əsasən, ölkə Azərbaycan vasitəsilə Ermənistana dizel yanacağını daşıyacaq və bu proses tamamilə pulsuz həyata keçiriləcək
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Hökumətin göstərişinə əsasən, 2600 ton dizel yanacağının daşınmasını “Gürcüstan Dəmir Yolları” həyata keçirəcək.
Bu addım regional nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsinə yönəlmiş önəmli təşəbbüs kimi qiymətləndirilir. Təşəbbüs həm bölgədə iqtisadi əlaqələrin inkişafına, həm də yanacaq tədarükü sahəsində etibarlılığın artırılmasına töhfə verəcək
Zeynəb Xuduyeva
20:08 18.12.2025
Oxunuş sayı: 943