İrəvanda xüsusi əməliyyat: “Ledi Hakob” ləqəbli Hakob Hakobyanın qohumları polisə aparılıb
Bu gün Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Polisi Baş İdarəsinin İrəvan Cinayət İdarəsinin, həmçinin DİN-in İcma Polisi Baş İdarəsinin Malatiya bölməsinin əməkdaşları İrəvanda xüsusi əməliyyatlar həyata keçiriblər. Nəticədə saxlanılanlar var.
Crossmedia.az xəbər verir ki,bu barədə “Shamshyan.com” məlumat yayıb.
Məlumata görə, polislər Malatiyada yerləşən məşhur “Qızıl bazarı” ərazisində keçirdikləri əməliyyat nəticəsində Ermənistan parlamentinin keçmiş deputatı, “Ledi Hakob” ləqəbi ilə tanınan Hakob Hakobyanın kürəkənini polisə aparıblar. O, daha çox Malatiyada “qızıl bazarına nəzarət edən” “Ledi Hakob”un Zoriki kimi tanınır.
“Hüquq-mühafizə orqanları həmçinin Kurğinyan küçəsində “Ledi Hakob”un qohumuna məxsus evdə də əməliyyat keçiriblər. Əsasən narkotik vasitələr, silah-sursat və digər şübhəli əşyalar axtarılıb.
Hadisə ilə bağlı sənədlər tərtib edilərək Ermənistan İstintaq Komitəsinin İrəvan şəhəri üzrə istintaq idarəsinin Malatiya istintaq şöbəsinə təqdim olunub. Polisə aparılan şəxslərin sayı 15-ə çatır”, - deyə KİV qeyd edib.
19:58 18.12.2025
Oxunuş sayı: 921