Netanyahu İsrail tarixində Misirlə ən böyük qaz sazişinin təsdiqləndiyini açıqladı
İsrail Misirlə enerji sahəsində rekord məbləğli razılaşma əldə edib. Razılaşma qaz tədarükünü və iri həcmli investisiyaları nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu bildirib ki, Misirə qaz tədarükünü əhatə edən sazişin ümumi həcmi 112 milyard şekel (təxminən 34,6 milyard dollar) təşkil edir ki, bu da İsrail tarixində bu sahədə ən böyük razılaşmadır. Onun sözlərinə görə, bu məbləğin 58 milyard şekeli (17,9 milyard dollar) birbaşa dövlət büdcəsinə daxil olacaq.
Baş nazir qeyd edib ki, razılaşma qaz infrastrukturuna genişmiqyaslı investisiyaları nəzərdə tutur və saziş ABŞ-ın “Chevron” şirkəti ilə israilli tərəfdaşların iştirakı ilə imzalanıb.
Netanyahu vurğulayıb ki, saziş İsrailin təhlükəsizlik maraqları və digər həyati əhəmiyyətli məsələlər tam təmin edildikdən sonra təsdiqlənib: “Bu razılaşma İsrailin regional enerji dövləti kimi statusunu əhəmiyyətli dərəcədə gücləndirir və regionumuzda sabitliyə töhfə verir”.
Nihat Tahirov
15:35 18.12.2025
Oxunuş sayı: 1280