Bu gün məni şahid qismində dindiriblər - Şahramanyan
“Bu gün məni şahid qismində dindiriblər”.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı” Samvel Şahramanyan deyib.
Onun sözlərinə görə, Ermənistan Hərbi İstintaq Komitəsində aparılan dindirmə 44 günlük müharibə ilə deyil, 2023-cü ildə baş vermiş hərbi əməliyyatlar və onların nəticələri ilə bağlı olub.
Şahramanyan istintaq sirrini əsas gətirərək əlavə detallar təqdim etməyib.
Şahramanyan vurğulayıb ki, o, heç vaxt hüquq-mühafizə orqanlarına getməkdən yayınmayıb və verilən sualları cavablandırıb.
15:08 18.12.2025
Oxunuş sayı: 1069