Ermənistan Mehri dəmir yolunu Rusiyanın nəzarətindən kənar saxlayacaq
Ermənistanın cənubunda Mehri dəmir yolu ərazisi Rusiyanın tabeçiliyində olmayacaq.
Crossmedia.az xəbər verir ki, TRIPP layihəsi çərçivəsində Ermənistanın cənub bölgəsində inşa olunacaq 43 kilometrlik yeni dəmir yolu xətti Rusiyanın balansında olan “Cənubi Qafqaz Dəmir Yolları”na aid edilməyəcək.
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyanın sözlərinə görə, ölkədə mövcud olan dəmir yolu xətlərinin böyük hissəsi hazırda Rusiyanın nəzarətindədir. Lakin “Tramp marşrutu” adlandırılan 43 kilometrlik yeni dəmir yolu TRIPP layihəsinə məxsus olacaq və layihənin tərkib hissəsi kimi yaradılması planlaşdırılır.
O, bildirib ki, bu qərar Ermənistanın nəqliyyat infrastrukturunda müstəqil idarəetmənin gücləndirilməsinə xidmət edir.
14:48 18.12.2025
Oxunuş sayı: 1152