Ermənistanda Qaregin ətrafında qarşıdurma güclənir
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasından deputat Alxas Qazaryan, sabiq prezident Robert Koçaryanın oğlu, həbsdə olan rus oliqarxı Samvel Karapetyanın qohumu və daşnakların Katalikos Qaregini "xilasa" etmək cəhdinə münasibət bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, deputat bu prosesin Ktriç və digər şəxslər arasında gərgin və mürəkkəb münasibətləri əks etdirdiyini vurğulayıb.
Qazaryan qeyd edib ki, Ktriçin ümidləri əsasən Koçaryanın oğlu Levon, daşnak İşxan Saqatelyan və Narek Karapetyanın üzərindədir. Deputat bildirib ki, bu "xəzinələr" zəncirində yalnız Serjə aid element çatışmır və bütün iştirakçılar bir dairədə toplaşaraq özləri yaratdıqları yalan tezisi məhv edirlər.
Eyni zamanda, Qazaryan Ktriçin vəziyyətinin də çətin olduğunu, onun ümidlərinin Levon, Narek və İşxan üzərində qurulduğunu qeyd edib.
Qeyd edək ki, bu gün Eçmiədzində katalikosun əleyhinə üsyan edən keşişlər ayin keçirməyi planlaşdırırlar. Müxalifət isə katalikosa dəstək verəcəyini açıqlayıb. Ermənistan polisi isə bütün provokasiyaların qarşısının alınacağını bildirib.
Nigar Yahyazadə
13:05 18.12.2025
Oxunuş sayı: 1134