Türkiyədə narkotik qalmaqalı zamanı şou-biznes ulduzları saxlanıldı
İstanbul Prokurorluğu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı açılmış cinayət işi üzrə istintaqı davam etdirir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, istintaq tədbirləri çərçivəsində jandarm əməkdaşları şou-biznesin tanınmış nümayəndələrini saxlayıblar. Saxlanılanlar arasında müğənni Aleyna Tilki, bloqer Danla Bilic və aktrisa İrem Sak da var.
Qurumun məlumatına görə, iş üzrə ümumilikdə 10 şübhəli şəxs müəyyən edilib və onların barəsində saxlanılma barədə qərar çıxarılıb. Müğənni Yusuf Güney və aktrisa Melisa Döngel isə axtarışa verilib.
Pərvin Hacıyeva
13:00 18.12.2025
Oxunuş sayı: 913