Tramp Ağ Evdə keçmiş prezidentlərin portretlərinə təhqiramiz qeydlər əlavə edib
ABŞ prezidenti Donald Tramp Ağ Evdəki keçmiş prezidentlərin portretlərinə təhqiramiz qeydlər əlavə edib.
Crossmedia.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.
Məlumata görə, Tramp Co Baydeni “ABŞ tarixinin ən pis prezidenti” adlandıraraq, onun hakimiyyəti dövründə ölkənin ağır böhranlarla üzləşdiyini bildirib. Tramp Baydenin zəif siyasəti səbəbindən Rusiyanın Ukraynaya hücum etdiyini, HƏMAS-ın isə İsrailə qarşı hücumlar həyata keçirdiyini iddia edib.
Barak Obama ilə bağlı yazıda isə Tramp onu “ən mübahisəli siyasi fiqurlardan biri” kimi təqdim edib, 2016-cı il seçkiləri zamanı Trampın kampaniyasına qarşı casusluq etməkdə və “Rusiya işi” adlandırılan siyasi qalmaqalın formalaşdırılmasında ittiham edib.
Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, memorial lövhələrin bir çoxu birbaşa prezidentin özü tərəfindən yazılıb və bu dəyişikliklər Ağ Evin yeni tərtibatının bir hissəsidir.
Günel Verdiyeva
12:20 18.12.2025
Oxunuş sayı: 915