Orban: Rusiyanın dondurulmuş aktivləri Aİ sammitinin gündəmindən çıxarıldı
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Rusiyanın dondurulmuş maliyyə aktivlərinin müsadirə edilməsi məsələsi Avropa İttifaqının Brüsseldə keçirilən sammitinin gündəliyindən çıxarılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Orbanın sözlərinə görə, Macarıstan sammit öncəsi aparılan danışıqlarda öz mövqeyini uğurla müdafiə edib və bu məsələ ilə bağlı təzyiqlərin qarşısını almağa nail olub.
Baş nazir qeyd edib ki, Budapeşt bu cür addımların hüquqi və iqtisadi risklər yaratdığını dəfələrlə vurğulayıb. Onun fikrincə, Rusiyanın aktivlərinin müsadirəsi Avropa İttifaqı üçün təhlükəli presedent formalaşdıra və maliyyə sabitliyinə zərər vura bilər.
Orban əlavə edib ki, “Macarıstan Aİ sammiti öncəsi danışıqlarda qalib gəlib” və ölkəsi bundan sonra da milli maraqlara zidd olan qərarlara qarşı çıxmağa davam edəcək.
Türkan Kərimli
11:52 18.12.2025
Oxunuş sayı: 917