Brüsseldə Slovakiya baş nazirinin təyyarəsi zədələndi
Slovakiya baş naziri Robert Fitsonun Brüsseldə keçirilən Avropa İttifaqı sammitində iştirakı xoşagəlməz hadisə ilə başlayıb. O, verdiyi açıqlamada bildirib ki, Brüssel hava limanında təyyarəsi zədələnib.
Bu barədə Crossmedia.az xəbər verir.
“Brüsseldə çətin sammit yaxşı başlamadı. Hava limanında pilləkənli maşın təyyarəmizə zərər verdi, buna görə də o, uça bilmir və biz onu burada qoymağa məcburuq”,– deyə Fitso Facebook səhifəsində yazıb.
Hadisə nəticəsində təyyarənin uçuş qabiliyyəti müvəqqəti olaraq itirilib və Slovakiya nümayəndə heyəti alternativ nəqliyyat vasitələrindən istifadə etməyə məcbur qalıb. Hazırda insidentin səbəbləri araşdırılır.
Türkanə Məşədiyeva
11:23 18.12.2025
Oxunuş sayı: 1366