Tramp xalqa müraciətində Ukrayna və Venesuelanı xatırlatmadı
ABŞ prezidenti Donald Tramp xalqa müraciətində Ukrayna və Venesuela mövzularına toxunmayıb. Belə ki , o, çıxışını əsasən prezidentliyi dövründə görülən işlərin yekunlaşdırılmasına həsr edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp bildirib ki, administrasiyası 11 ay ərzində rekord nəticələr əldə edib. Onun sözlərinə görə, ABŞ “yenidən dirçəlib”, ordu dünyanın ən güclü ordusuna çevrilib, dövlət sərhədləri isə indiyədək ən yüksək səviyyədə qorunur. Prezident dəniz yolu ilə narkotik qaçaqmalçılığının 94 faiz azaldığını, miqrant axınının isə son 50 ilin ən yüksək səviyyəsinə çatdığını iddia edib.
Tramp həmçinin Federal Ehtiyat Sisteminin (FED) rəhbərini dəyişmək niyyətində olduğunu açıqlayıb. O, əsas məqsədin uçot dərəcəsinin aşağı salınması olduğunu qeyd edib. Bundan əlavə, Tramp Yaxın Şərqdə son 3000 ildə ilk dəfə sülhün bərqərar olduğunu da bəyan edib.
Fatimə Məmmədova
11:05 18.12.2025
Oxunuş sayı: 1053