İtaliya Ukraynanı qorumaq üçün qoşun göndərməyəcək
İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, ölkəsi Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırmır. Onun sözlərinə görə, İtaliya “çoxmillətli qüvvələr” tərkibində belə Ukrayna ərazisinə qoşun yeritmək niyyətində deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Baş nazir vurğulayıb ki, Roma Kiyevə siyasi və diplomatik dəstəyini davam etdirəcək, lakin birbaşa hərbi iştirak məsələsi gündəmdə deyil. Meloni əlavə edib ki, İtaliyanın mövqeyi münaqişənin genişlənməsinin qarşısının alınmasına yönəlib.
Fatimə Məmmədova
10:48 18.12.2025
Oxunuş sayı: 1172