Ukrayna ordusu Kupyanskın 90%-ni azad edib – Sırski
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, Ukrayna ordusu Xarkov vilayətində yerləşən Kupyansk şəhərinin ərazisinin təxminən 90 faizini Rusiya qüvvələrindən azad edib. Onun sözlərinə görə, şəhərin tam azad olunması istiqamətində əməliyyatlar davam etdirilir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Hazırda Kupyansk istiqamətində əməliyyatlar plan üzrə aparılır. Əsgərlərimiz yüksək döyüş ruhu ilə düşmənin müqavimətini qıraraq irəliləyirlər. Şəhərin 90 faizi artıq nəzarətimiz altındadır”, – deyə Sırski qeyd edib.
Türkanə Məşədiyeva
10:20 18.12.2025
Oxunuş sayı: 1155