“Siyasətdə o, qurdboğandır”: Lukaşenko Putin və Zelenski haqqında danışıb
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, Vladimir Zelenski “ağlı başında olan insandır”, lakin siyasi təcrübəsi kifayət qədər deyil.
Crossmedia.az xəbər verir ki,Lukaşenko qeyd edib ki, Zelenski ilə şəxsi münasibətləri bəzi digər dünya liderləri ilə olduğu qədər yaxın deyil. Bununla yanaşı, Belarus lideri Ukrayna prezidentinin müəyyən situasiyalarda rasional qərarlar verə bildiyini də vurğulayıb.
Vladimir Putinə gəlincə, Aleksandr Lukaşenko onu yaxşı şəxsi keyfiyyətlərə malik, güclü və təcrübəli siyasətçi kimi xarakterizə edib. Onun sözlərinə görə, Putin siyasətdə “qurdboğandır” — böyük və mürəkkəb bir dövləti idarə etməyi, həm daxili, həm də xarici siyasi çağırışların öhdəsindən gəlməyi bacaran liderdir.
Lukaşenkonun bu açıqlamaları regional və beynəlxalq siyasi proseslər fonunda diqqət çəkən qiymətləndirmə kimi dəyərləndirilir.
Nastya Qəniyeva
09:55 18.12.2025
Oxunuş sayı: 1504