Polşa soyuq müharibədən sonra ilk dəfə piyada əleyhinə minaların istehsalına başlayır
Polşa hakimiyyəti soyuq müharibə dövründən bəri ilk dəfə olaraq piyada əleyhinə minaların istehsalına start verib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Crossmedia.az xəbər verir ki,məlumata görə, istehsal olunacaq partlayıcı qurğular ölkənin Belarus və Rusiya ilə sərhədlərinin möhkəmləndirilməsi məqsədilə nəzərdə tutulur. Rəsmi Varşava bu addımı regionda artan təhlükəsizlik riskləri və mövcud geosiyasi vəziyyətlə əlaqələndirir.
Bildirilir ki, Polşa son illər müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi önəm verir və silahlı qüvvələrin texniki imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Piyada əleyhinə minaların istehsalı da bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.
Xatırladaq ki, piyada əleyhinə minalar humanitar risklərə görə uzun illər beynəlxalq müzakirələrin mövzusu olub və bir sıra ölkələr bu silah növündən imtina edib. Bununla belə, Polşa rəhbərliyi mövcud təhlükəsizlik şəraitində sərhədlərin qorunması üçün əlavə tədbirlərin zəruri olduğunu vurğulayır.
Nastya Qəniyeva
09:47 18.12.2025
Oxunuş sayı: 1201