Bloomberg: Türkiyə S-400-ləri Rusiyaya qaytarmaq istəyə bilər
Türkiyə ABŞ ilə münasibətləri yaxşılaşdırmaq və F-35 qırıcı təyyarələrinə çıxışını bərpa etmək məqsədilə S-400 hava hücumundan müdafiə sistemini Rusiyaya qaytarmaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Mənbələrə görə, ABŞ-ın keçmiş prezidenti Trampın yaxın müttəfiqi və Türkiyədəki səfir Tom Barrak Ankaranın S-400-dən imtina etməyə yaxınlaşdığını qeyd edib və məsələnin dörd-altı ay ərzində həll oluna biləcəyini proqnozlaşdırıb.
Belə bir addım Türkiyə-Amerika münasibətlərini yaxşılaşdıra, Türkiyəyə qarşı sanksiyaları aradan qaldıra və ölkənin F-35 proqramına çıxışını bərpa edə bilər.
Səriyyə Tağıyeva
03:29 18.12.2025
Oxunuş sayı: 1427