ABŞ Rusiyanın energetika sektoruna qarşı sərt sanksiyalar planlaşdırır
ABŞ hakimiyyəti Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh sazişinin şərtlərini qəbul etməyəcəyi təqdirdə, Rusiya energetika sektoruna qarşı sərt sanksiyalar tətbiq etməyə hazırlaşır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, mümkün sanksiyalar Rusiya enerjidaşıyıcılarının daşınmasında istifadə olunan “kölgə donanması”na aid gəmiləri, eləcə də Rusiya enerji resursları ilə işləyən treyderləri əhatə edə bilər.
Qərarın artıq bu həftə elan olunması ehtimal edilir. Bildirilir ki, sanksiyaların tətbiqi ilə bağlı yekun qərar ABŞ prezidenti Donald Trampdan asılıdır.
Pərvin Hacıyeva
14:15 17.12.2025
Oxunuş sayı: 2913