Krit sahillərində qayıq qəzası: 14 Misir vətəndaşı həlak olub
Yunanıstanın Krit adası sahillərində qanunsuz miqrantları daşıyan qayıq qəzası nəticəsində 14 Misir vətəndaşı həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə 7 dekabr 2025-ci ildə baş verib və gəmidə ümumilikdə 34 qanunsuz miqrant olub.
Misir Xarici İşlər Nazirliyi qurbanların ailələrinə başsağlığı verib və vətəndaşları qanunsuz miqrasiya ilə məşğul olan dəstələrin təlqinlərinə uymamağa çağırıb.
Səriyyə Tağıyeva
23:07 16.12.2025
Oxunuş sayı: 1377