Peskov: Rusiya Ukrayna ilə bağlı danışıqlarla bağlı heç bir siqnal almayıb
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların aparılması barədə hələlik heç bir rəsmi siqnal almayıb.
Crossmedia.az xəbər verir ki, Peskov dekabrın 16-da “İzvestiya” qəzetinin müxbiri Anton Zolotnitskinin sualını cavablandırarkən qeyd edib ki, əvvəlcə ABŞ-ın Ukrayna və Avropa tərəfləri ilə apardığı danışıqların hansı nəticələr verəcəyini görmək lazımdır.
O, həmçinin avropalıların bu prosesdəki roluna skeptik yanaşaraq, onların iştirakı ilə məqbul nəticə əldə olunmasının “xoşbəxtlik vəd etmədiyini” vurğulayıb.
Səriyyə Tağıyeva
20:44 16.12.2025
Oxunuş sayı: 1068