Yaroslavl hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb.
Yaroslavl hava limanında mülki uçuşlara müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Crossmedia.az İzvestiya-ya istinadən xəbər verir ki, bu barədə "Rosaviasiya"nın sözçüsü Artem Korenyako dekabrın 16-da məlumat verib.
"Yaroslavl Hava Limanı (Tunoşna) . Təyyarələrin gəlişi və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - deyə o, Telegram kanalında yazıb.
Onun sözlərinə görə, bu məhdudiyyətlər uçuş təhlükəsizliyi məqsədilə tətbiq edilib.
Səriyyə Tağıyeva
02:35 17.12.2025
Oxunuş sayı: 1107