Rubinyan: Ermənistan dəhliz məsələsində yalnız İranın rəsmi mövqeyini əsas götürür
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, İrəvan dəhliz məsələsində yalnız İranın rəsmi mövqeyinə əsaslanır və bu mövzuda Tehranla koordinasiyalı siyasət yürüdür.
Rubinyan brifinq zamanı qeyd edib ki, Ermənistan TRIPP marşrutu ilə bağlı problem görməyən İranın rəsmi mövqeyini əsas götürür.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, İrəvan qonşu ölkələrin, xüsusilə də İranın həyati maraqlarını nəzərə alır və xarici siyasət xəttini bu prinsiplər üzərində qurur.
Vitse-spiker vurğulayıb ki, Ermənistan ölkənin suverenliyinə və ərazi bütövlüyünə zidd olan istənilən layihəni istisna edir. O əlavə edib ki, rəsmi İrəvan yalnız İran Xarici İşlər Nazirliyinin mövqeyini rəhbər tutur və müzakirə olunan dəhlizlə bağlı hər hansı problem görmür, eyni zamanda İranın “qırmızı xətləri”nə hörmətlə yanaşır.
Qeyd edək ki, daha əvvəl İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti “Tramp marşrutu”nun Zəngəzur dəhlizi layihəsinə bənzədiyini bildirərək, Tehranın bu cür təşəbbüslərə qəti şəkildə qarşı olduğunu bəyan etmişdi.
19:47 16.12.2025
Oxunuş sayı: 1003