Britaniya Rusiyanın artan hərbi gücündən narahatdır
Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Rusiya Silahlı Qüvvələrinin sürətlə güclənməsindən ciddi narahatlığını ifadə edib.
Crossmedia.az Sky News-a istinadən xəbər verir.
Britaniya Baş Qərargah rəisi Riçard Naytonun sözlərinə görə, hazırda Rusiya ordusunun şəxsi heyəti 1,1 milyondan çoxdur. O bildirib ki, Rusiyada bütün dövlət xərclərinin təxminən 40 faizi hərbi sahəyə yönəldilir ki, bu da son on ildəki göstəricilərlə müqayisədə iki dəfə artım deməkdir.
Nayton vurğulayıb ki, bu tendensiya Rusiyanın uzunmüddətli hərbi potensialını artırdığını və Qərb üçün ciddi təhlükəsizlik çağırışları yaratdığını göstərir.
19:30 16.12.2025
Oxunuş sayı: 1009