ABŞ-ın Ukrayna üçün təhlükəsizlik planı: güclü zəmanətlər, lakin ərazi güzəştləri tələbi
Ukrayna münaqişəsində ərazi məsələsinin necə həll olunacağına dair son qərar Kiyevin ixtiyarında qalır. Lakin ABŞ tərəfindən təklif olunan digər şərtlər, o cümlədən indiyədək müzakirə edilən ən güclü təhlükəsizlik zəmanətləri daimi və “əbədi” xarakter daşımayacaq.
Crossmedia.az Axios nəşrinə istinadən xəbər verir ki əlumata görə, Ukrayna və Avropa rəsmiləri ABŞ-ın bu qədər ciddi təhlükəsizlik zəmanətləri təklif etməsinə, eləcə də Vaşinqtonun Rusiyanın bu şərtlərə razı olacağına inanmasına təəccüblə yanaşıblar.
ABŞ tərəfinin arqumentinə əsasən, mümkün saziş Ukraynaya təhlükəsizlik zəmanətləri verəcək, Aİ üzvlüyünə gedən yolu sürətləndirəcək və ölkənin bərpası üçün milyardlarla dollar vəsait ayıracaq. Bununla yanaşı, saziş Kiyevdən əhəmiyyətli ərazi güzəştləri tələb edəcək.
Eyni zamanda, Rusiya müəyyən ərazi qazancları əldə etməklə yanaşı, qlobal iqtisadiyyata yenidən inteqrasiya üçün fürsət qazana bilər. Axios yazır ki, Vaşinqtonun əsas məqsədi Rusiyanın qəbul edə biləcəyi və münaqişəni “bağlayacaq” qədər güclü bir paket formalaşdırmaqdır.
19:40 16.12.2025
Oxunuş sayı: 1016